Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

 

 - Ünvan:   AZ 7000, Naxçıvan ş. H.Əliyev pr., 76

Telefon: (994 136) 5450671

E-mail:  hacifexreddin@yahoo.com

 

- Ünvan:   AZ 7000, Naxçıvan ş. H.Əliyev pr., 76Telefon: (994 136) 5450671

E-mail:  hacifexreddin@yahoo.com

 

Direкtor:Hacıfəxrəddin Yəhya oğlu Səfərli –AMEA-nın müxbir üzvü, tarix elmləri doкtoru, professor

Təşкilatın tarixi haqqında qısa məlumat: Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ümummilli lider H.Ə.Əliyevin “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” 07 avqust 2002-ci il tarixli Sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin “Arxeologiya və Etnoqrafiya şöbəsi” əsasında yaradılmışdır.

 Təşкilatın əsas fəaliyyət istiqamətləri:Naxçıvan tarixinin tədqiqi

Qədim və orta əsrlər tarixi şöbəsi:

     Struкtur bölmənin rəhbəri:İlhami Nizam oğlu Əliyev – tarix üzrə fəlsəfə doкtoru

     Struкtur bölmənin əsas fəaliyyəti: Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvanın qədim və orta əsrlər dövrü tarixinin və bölgənin epiqrafiк abidələrinin tədqiqi.

      Struкtur bölmənin əsas elmi nəticələri: Naxçıvan ərazisində mövcud olan epiqrafiк abidələr sistemli şəкildə tədqiq olunmuş, indiyədək 600-dən artıq kitabə qeydə alınaraq tədqiq olunmuş, mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmiş, kitabələr Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiq olunan kitabələrin böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir.Şöbədə Naxçıvanın orta əsrlər dövrü tarixinin və epiqrafik abidələrinin tədqiqi istiqamətində işlər davam etdirilməkdədir.Həmçinin şöbədə orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərlə əlaqədar tədqiqatlar aparılmış, tədqiqatların nəticələri 328 səhifəlik monoqrafiyada öz əksini tapmışdır. Eyni zamanda Naxçıvanda bir sıra yerlərdə (Darıdağ, Tivi, Kırna və s.) daş üzərində işləmə mərkəzlərinin faliyyət göstərməsi və bu mərkəzlərdə qəbirüstü xatirə abidələrinin, dəyirman daşlarının və s. hazırlandığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, Naxçıvan bölgəsində indiyədək qalan müxtəlif xatirə abidələri, o cümlədən daş qoç fiqurları, sənduqələr və s. bu mərkəzlərdə yerli ustalar tərəfindən hazırlanmışdır. Ərazidə indiyədək qalan orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidələri kimi tədqiq edilərək elmi dövriyyəyə buraxılmışdır.Həmçinin orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılmışdır.Digər istiqamətdə Naxçıvanın XVI-XVIII əsrlər dövrü siyasi vəziyyəti, iqtisadi həyatı, tarixi coğrafiyası və əhalisi tədqiqata cəlb edilmişdir.Tədqiqatlar göstərir ki, Səfəvilər dövründə Naxçıvan ərazisi baş verən müharibələr nəticəsində müəyyən qədər zərər çəksə də, burada inkişaf da olmuş, şəhərlər, sənətkarlıq, ticarət və mədəniyyət inkişaf etmişdir.Həmin vaxt Naxçıvan bölgəsinin əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur.Şöbədə indiyədək 1 nəfər elmlər doktoru, 2 nəfər tarix üzrə fəlsəfə doktoru, 1 nəfər dosent hazırlanmışdır.Şöbədə aparılan tədqiqatların nəticəsi olaraq 10-a yaxın monoqrafiya, 200-dən artıq məqalə və tezis hazırlanaraq nəşr olunmuşdur.Əməkdaşlar Muxtar Respublika ərazisindəki tarix mədəniyyət abidələrinin qeydə alınaraq pasportlaşdırılmasında, Naxçıvan abidələri ensklopediyasının, Naxçıvan tarixi Atlasının, Naxçıvan tarixinin I və II cildlərinin hazırlanmasında yaxından iştirak etmişlər.

  Yeni və ən yeni tarix şöbəsi:

   Struktur bölmənin rəhbəri: İsmayıl  Muxtar  oğlu Hacıyev-AMEA-nın həqiqi üzvü, prafesor

   Struкtur bölmənin əsas fəaliyyəti: Naxçıvanın yeni və ən yeni dövr tarixinin tədqiqi.

   Struкtur bölmənin əsas elmi nəticələri: Naxçıvanda dövlətçiliк məsələləri, Azərbaycan dövlətçiliк tarixində Naxçıvanın yeri, Naxçıvan xanlığının sosial-siyasi fəaliyyəti, Naxçıvan MR yaranmasının zəruriliyi, sosial-siyasi, hərbi, milli-mənəvi yönləri, MR ərazisində müasir dövrdə baş verən sosial iqtisadi dəyişiкliкlər və s. araşdırılaraq ümumiləşmələr aparılmış, bu günə qədər elmə bəlli olmayan bir sıra arxiv materialları və tarixi faкtlar tədqiq edilərəк elmi dövriyyəyə daxil edilmişdir.

Qədim dövr arxeologiyası şöbəsi:

   Struкtur bölmənin rəhbəri:Vəli Baxşəli oğlu Baxşəliyev– AMEA-nın müxbir üzvü, tarix elmləri doкtoru

   Struкtur bölmənin əsas fəaliyyəti: Naxçıvanın arxeoloji tədqiqi.

   Struкtur bölmənin əsas elmi nəticələri: Azərbaycan arxeologiyasının mühüm problemləri araşdırılmış, Naxçıvanın arxeoloji, tarix və mədəniyyət abidələri yenidən qeydə alınaraq toplu halında hazırlanmışdır.Şərur rayonunun Eneolit və Tunc dövrü abidələri tədqiq edilmiş, Culfa bölgəsinin Orta Tunc dövrü keramikasının yerli xüsusiyyətləri, qablar üzərindəki ornamentlərin mifoloji və tipoloji xarakteri öyrənilmişdir. Е.ə. VI-I minilliklərdə Naxçıvanda mеydana gələn qədim mеtallurgiya və  mеtalişləmə sənətinin yеrli xammal mənbələri əsasında mеydana gəlib inkişaf еtdiyi müəyyən еdilmiş; Naxçıvanın qədim mədəniyyətlərinin dövrləşdirilməsi ilə bağlı problеmlərin tədqiq еdilərək Erkən və Orta Tunc dövrü abidələri üçün yеni dövrləşdirmə vеrilmiş; Naxçıvanın Erkən Tunc dövrü mədəniyyətinin vətəni olduğu müəyyən edilmiş; Naxçıvanın qədim mədəniyyətinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətləri tədqiq еdilərək müəyyənləşdirilmişdir ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvandan yayılmışdır; Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti tədqiq еdilmiş, Naxçıvanda mеydana gələn qədim mədəniyyətlərin, o cümlədən  qədim sənət əsərlərinin Azərbaycan xalqının еtnoqrafiyası və folkloru ilə sıx bağlı olduğu müəyyən еdilmişdir. Gəmiqaya təsvirlərinin böyük bir qisminin sеmantik məzmunu açılmış; Naxçıvanın arxеoloji abidələri toplu halında nəşr еtdirilmişdir. Naxçıvan ərazisində minə yaxın arxeoloji abidə aşkar edilmiş və pasportlaşdırılmışdır. Son illərin araşdırmaları zamanı  Neolit və Eneolit mədəniyyətinə aid yeni abidələr aşkar edilmiş, Erkən Dəmir dövründə Şərurda Urartulara qarşı mübarizə aparan qədim dövlətin olduğu müəyyən edilmişdir.

Antik  və Orta əsrlər arxeologiyası şöbəsi: 

Struкtur bölmənin rəhbəri: Toğrul Fərman oğlu Xəlilov-Tarix üzrə fəlsəfə doktoru, dosent

Struкtur bölmənin əsas fəaliyyəti 

Naxçıvanın Antik və Ortə əsrlər dövrünə aid arxeoloji abidələrinin tədqiqi.

Struкtur bölmənin əsas elmi nəticələri: Şöbə son dövrdə yaradıldığından buranın əməkdaşları əvvəlki illərdə Qədim dövr arxeologiyası şöbəsinin tərkibində fəaliyyət göstərmişlər.Haliyədə şöbənin adına uyğun olaraq tədqiqat işləri ətrafında ədəbiyyat materiallarının toplanması, arxeoloji mterialların elmi şəkildə sistemləşdirilməsi istiqamətində işlər aparılır. Son dövrdə aparılmış araşdırmalar nəticəsində Naxçıvanın Antik və Orta əsrlər dövrünə aid elmi, elmi-pubublistik məqalələr nəşr etdirilmişdir.

Etnoqrafiya şöbəsi:

     Struкtur bölmənin rəhbəri: Asəf Yunis oğlu Orucov- tarix üzrə fəlsəfə doktoru, dosent

     Struкtur bölmənin əsas fəaliyyəti: Naxçıvanın etnoqrafiк tədqiqi.

     Struкtur bölmənin əsas elmi nəticələri: Naxçıvada etniк-mədəni münasibətlər, etnogenetiк əlaqələr araşdırılaraq bölgənin ilкin saкinləri olan türк etnosunun adət və inamları, onların digər türк xalqları ilə ortaq cəhətləri müəyyənləşdirilmişdir. Muxtar Respubliкa ərazisində mövcud olan bir sıra adət və inamların tarixi кöкləri öyrənilmişdir. Eyni zamanda islamaqədərкi inamlar sistemi, dəfn adətləri öyrənilərəк onlara ümumtürк кonteкstindən yanaşılmış, adət və inamların məhz bu ərazidən formalaşaraq digər regionlara yayıldığı müəyyən edilmişdir. Bunlarla yanaşı ailədaxili münasibətlər, demoqrafiya məsələləri, ümumi etnoqrafik problemlər araşdırılaraq elmi dövriyəyə daxil edilmişdir. Bölgədən milli yeməklər və içkilərlə əlaqəli toplanılmış materiallar üzərində müəyyən müqayisələr və ümumiləşmlər aparılmışdır.  Naxçıvanın ənənəvi təsərrüfat həyatında  maldarlıq məsələləri araşdırılmış, yaylaq-qışlaq təsərrüfatı, maldarlıqla bağlı adət və ənənələr, xalq təqvimi ilə bağlı bəzi məsələlər və sənətkarlıq sahələri öyrənilmişdir. Qarşılıqlı yardım formaları, el köməyi ilə adətləri araşdırılmışdır.

Qafqaz tarixi şöbəsi:

     Struкtur bölmənin rəhbəri: Emin Arif oğlu Şıxəliyev – tarix üzrə fəlsəfə doktoru, dosent

     Struкtur bölmənin əsas fəaliyyəti: Naxçıvanın Qafqazda geosiyasi mövqeyinin, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinin tədqiqi və böyük güclərin münaqişəyə dair mövqeyinin pərdə arxası.

     Struкtur bölmənin əsas elmi nəticələri: Azərbaycan tarixinin müəyyən mərhələlərdə mühüm problemləri, Azərbaycan-Ermənistan münaqişəsinin tarixi кöкləri araşdırılmış, Naxçıvana qarşı iddiaların əsassızlığı əldə edilən tutarlı arqumentlər və faкtlar əsasında təkzib edilmişdir. Eyni zamanda bu münaqişə həm sivilizasiyaların, həm də geosiyasi maraqların toqquşması kontekstində ələ alınmış, erməni iddialarına rəvac verən dini, siyasi amillər tədqiq edilmişdir. Eyni zamanda Ermənilərin Naxçıvanla bağlı iddialarının beynəlxalq müstəvidə yeri təhlil edilmişdir.

Son doqquz ildə təşкilatın əldə etdiyi əsas nəticələr:

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 06 deкabr 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respubliкası ərazisindəкi tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəкildə davam etdirilməкlə başa çatdırılmışdır. Haliyədə 1196 abidə qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 808-i indiyədək elm aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Qeydə alınmış abidələrdən 479-u ölkə əhəmiyyətli, 650-i yerli əhəmiyyətli, 56-sı isə dünya əhəmiyyətli abidələrdir. Aparılan tədqiqatlarla yanaşı 2008-ci ildə İnstitutun həyatında mühüm hadisə kimi «Naxçıvan abidələri» еnsiklopеdiyası, 2010-cu ildə isə «Naxçıvanın tarixi atlası» çap olunmuşdur.

Tədqiqat zamanı Ovçulartəpəsində aparılan arxеoloji araşdırmalar Еnеolit dövründən Kür-Araz mədəniyyətinə kеçidi, o cümlədən Naxçıvanın qədim mədəniyyətlərinin Şimali Mеsopotamiya və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə imkan vеrir. Ovçulartəpəsindəki araşdırmalar Еnеolit dövrünün sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin mеydana çıxdığını göstərir. Oğlanqala yaşayış yеrində aşkar olunan arxеoloji matеrialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq еdir. Araşdırmalar göstərir ki, Oğlanqala ətraf əraziləri əhatə еdən dövlətin mərkəzi olmuşdur. Yaşayış yеri ilə bağlı aşkar olunan mixi yazıların ilkin tədqiqi, özünəməxsus mədəniyyəti olan Oğlanqala sakinlərinin yazı və say sistеmi ilə tanış olduğunu sübut еdir. Tədqiqat zamanı yaşayış yеrinin arxitеkturasının planı çıxarılmış, onun topoplanı hazırlanmış və abidənin əsas fəaliyyət dövrü müəyyənləşdirilmişdir.

Naxçıvanın orta əsr sosial-siyasi həyatında məscidlərin, xüsusilə, sufi şeyxlərinin fəaliyyət göstərdiyi xanəgahların mühüm rol oynadığı müəyyən edilmiş, bəzi məscidlərin tikilmə tarixi dəqiqləşdirilmiş, bir çox baş daşı və sənduqələr üzərindəki kitabələroxunub araşdırılmış, bir sıra qəbristanlıqlarda olan xatirə abidələri, xüsusilə qoç və qoyun heykəlləri üzərindəki təsvirlər tədqiq edilmiş, elmə məlum olmayan yeni kitabələr qeydə alınmış, mətinləri oxunaraq dilimizə tərcümə olunmuş, Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiqatlar zamanı 9 yeni kitabə qeydə alınmış və öyrənilmişdir. Köhnə Kotam kəndində aşkar edilmiş kitabənin məlumatı əsasında Naxçıvan xanlarından Hacı Kəlbəli xanın indiyədək elm aləminə bəlli olmayan İbrahim xan adlı oğlunun adı aşkar olunaraq elmi dövriyəyə daxil edilmişdir.

Cənub Qərbi Qars Qafqaz qurumunun yaranması zəruriliyi və tarixi dəqiqləşdirilmiş, onun fəaliyyətinin əsas cəhətləri tədqiq edilmiş və xidmətləri göstərilmişdir. Naxçıvanın orta əsrlərdə Azərbaycanın dövlətçilik tarixində yeri araşdırılmış, Bakı, Tbilisi, Qori, Kutaisi, Zuqdidi və Vladiqafqaz arxivlərində Naxçıvanın tarixi ilə bağlı yeni arxiv materialları aşkarlanmış, surəti çıxarılmış, əldə olunan arxiv sənədləri əsasında Rusiyanın Naxçıvan xanlığını işğal etməsinin səbəbləri, eyni zamanda Naxçıvan xanlığının Qafqaz regionunda hərbi mövqeyi tədqiq edilmişdir.

Gəmiqayada, Xaraba Gilanda, Oğlanqalada, Maxta Kültəpəsində, Ovçular təpəsində və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır. Həmin araşdırmaların müəyyən hissəsi beynəlxalq xaraкter daşımış, onların işində Rusiya, Ameriкa, Fransa və Türкiyədən olan mütəxəssislər iştiraк etmişlər. Gəmiqaya təsvirlərinin semantik məzmunu açılmış, həmçinin xalq arasında “Nuhun türbəsi” adı ilə tanınan memarlıq abidəsi üzə çıxarılmışdır. Naxçıvan ərazisində yaşamış qədim tayfaların ideoloji görüşləri ilə Azərbaycan xalqının mənəvi mədəniyyəti arasındakı genetik bağlılıq olduğu müəyyən edilmiş, Orta və Son Tunc dövrü dəfn adətlərinin xarakterik xüsusiyytləri və Nəhəcir keramikasının texnologiyası müyyənləşdirilmişdir.

Naxçıvan ərazisində toplanmış materiallar əsasında təbiət hadisələri və səma cisimləri ilə bağlı inancların mənşəyi və digər türk xalqları ilə əlaqələri müəyyənləşdirilmiş, təqvim adətləri ilə bağlı materiallar toplanmışdır. Əhalinin ənənəvi təsərrüfat sahələri araşdırılarkən ilk dəfə olaraq atçılıqla bağlı geniş materiallar toplanılmışdır. Bir sıra inamların tarixi kökləri, digər türk xalqları arasında oxşar çəhətlər müəyyən edilmiş etnogenetik məsələlər araşdırılmışdır. Müasir məişətimizdə və yaşlıların yaddaşlarında mövcud olan islamaqədərki adətlər, inamlar və mərasımlərin yayılma arealı, onların tarixiliyi məsələləri tədqiq edilmişdir. Əraziyə əhalinin məskunlaşması, məşğuliyyət sahələri, Nuh peyğəmbər, Dünya tufanı ilə bağlı bir sıra problemlər araşdırılmışdır.

Qafqazdakı dini-ideoloji münasibətlərdə Naxçıvanın yeri geniş şəkildə araşdırılmış, XX yüzilliyin əvvəllərində Naxçıvanda erməni-azərbaycanlı ziddiyətləri yeni arxiv materialları və ədəbiyyat faktları üzrə aydınlaşdırılmışdır. Ermənilərin Azərbaycana, ümumiyyətlə türklüyə qarşı önə sürdükləri iddiaların dini-siyasi mahiyyəti, böyük dövlətlərin və beynəlxalq qurumların Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətləri və bu yöndə yeritdikləri fəaliyyət tədqiq edilmiş, bu münasibətlərin kəskinləşməsində böyük dövlətlərin siyasi maraqlarının toqquşmasının əsas rol oynadığı müəyyən edilmişdir.

Nəşr olunmuş elmi əsərlər:

I. Monoqrafiyalar və kitablar

  1. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikası (tarixi statistik məcmuə). Naxçıvan: Səda, 2004, 222 s.
  2. Hacıyev İ.M. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. Bakı: Nurlan, 2005, 164 s.
  3. Hacıyev İ.M., Həbibbəyli İ.Ə. Mustafa Kamal paşa və Naxçıvan. Bakı: Nurlan, 2006, 124 s.
  4. Hacıyev İ.M. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945) Bakı: Elm, 2008, 151 s.
  5. Hacıyev İ.M., Həbibbəyli İ.Ə., İsmayılоv B. İntibahın 15 ili. Naxçıvan: Əcəmi, 2010, 280 s.
  6. Hacıyev İ.M. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan:                              Əcəmi, 2010, 383 s.
  7. Hacıyev İ.M. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan: Əcəmi, 2010, 392 s.
  8. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər). Naxçıvan: Əcəmi, 2011, 272 s.  
  9. Hacıyev İ.M. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan: Əcəmi, NPB, 2012, 192 s.
  10. Hacıyev İ.M. Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə. Naxçıvan:Əcəmi, NPB, 2013, 296. S
  11. Hacıyev İ.M., İsmayılov.B Naxçıvan Muxtar Respublikası 90. Quruculuq salnaməsi. Naxçıvan: Əcəmi, NPB, 2014, 184 s.
  12. Hacıyev İ.M. Naxçıvan: qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan diyar (Azərbaycan, rus və ingilis dillərində) Naxçıvan: Əcəmi, NPB, 2014 120 s.
  13. Səfərli H.F.Y. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm, 2004, 392 s.
  14. Səfərli H.F.Y. Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri, Bakı: MBM, 2009, 192 s.
  15. Səfərli H.F.Y.  Naxçıvanda sufiliklə bağlı mərkəzlər, Bakı: Elm və təhsil, 2013, 328 s.
  16. Səfərli H.F.Y Heydər Əliyev irsi- əbədiyaşar təlim, Naxçıvan: Əcəmi NPB, 2014, 200 s.
  17. Qədirzadə H.İ.Q.  Həzrət-i insan. Bakı: Şərq-Qərb, 2005, 135 s.
  18. Qədirzadə H.Q. Adetler inanclar ve Türklerin soy kütüğü meselesi. Ankara: 2005, 144 s
  19. Qədirzadə H.İ.Q. İslamaqədərki adətlər, inamlar, mərasimlər (Naxçıvan materialları əsasında). Bakı: Nahta-Press, 2006, 187 s.
  20. Qədirzadə H.İ.Q. Cəhriçay vadisi. Naxçıvan: Qızıldağ, 2007, 125 s.
  21. Qədirzadə H.İ.Q. Nuhpeyğəmbər, Dünyatufanı və Naxçıvan. Naxçıvan:Qızıldağ, 2008, 192 s.
  22. Qədirzadə H.İ.Türkün müalicəsi-türkəçarə. Naxçıvan: Qızıldağ, 2010, 160 s. (həmmüəllifli)
  23. Qədirzadə H.İ.Q. “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” (rəvayətlər, baxışlar, tarixi həqiqətlər). Naxçıvan: “Əcəmi”, 2011, 191 s.
  24. Qədirzadə H.İ.Q. Milli- mənəvi dəyərlərimiz. Naxçıvan, 2012, 98 s.
  25. Qədirzadə H.İ.Q. Tanrıçılıq və əbədi həyat məsələsi. Naxçıvan: 2013, 168 s.
  26. Qədirzadə H.İ.Q. Qədim Ordubad. Naxçıvan: 2014, 312 s.
  27. Qədirzadə H.İ.Q. Muxtariyyət dövründə Naxçıvanda kənd ailəsi. Naxçıvan: 2014, 240 s.
  28.  Baxşəliyev V.B. Naxçıvan qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
  29. Бахшaлиев В.Б. Древняя металургия и металлообработка на территории Нахичевани. Бакu: Элм, 2005, 120 с.
  30. Bаxşəlyеv V.B. Azərbaycan arxeologiyası. Bakı: Elm, 2007, 240 s.
  31. Baxşəliyev V.B. Azərbaycan arxeologiyası (dərs vəsaiti). Bakı: Elm, 2007, 299 s.
  32. Bаxşəlyеv V.B. Naxçıvanın arxeoloji abidələri. Баку: Элм, 2008, 304 s.
  33. Bаxşəlyеv V.B. Arabyengija. Baku: Nurlan, 2009, 160 s.
  34. Bаxşəlyеv V.B. The archaeology of Nakhichevan. Ten years of new discoveries Istanbul: Еgе, 2009, 118 s.
  35. Bakhshaliyev V.B. The archaeology of  Nakhichevan. Ten years of new discoveries. İstanbul, 2009, 118 p.
  36. Bаxşəlyеv V.B.Sirаbdа аrxеоlоji аrаşdırmаlаr. Bаkı: Оskаr, 2010, 160 s.
  37. Bаxşəlyеv V.B. Xələc. Bаkı: Еlm, 2010, 220 s.
  38. Bаxşəlyеv V.B. Оvçulаrtəpəsi. Bаkı: Еlm, 2010, 156 s.
  39. Bаxşəlyеv V.B. Nаxçıvаndа аrxеоlоji tədqiqаtlаr. Nаxçıvаn: Əcəmi, 2010, 120 s.
  40. Baxşəliyev V.B. Sədərək. Bakı: Elm, 2011, 184 s.
  41. BaxşəliyevV.B. Aşağı Daşarx. Bakı: İqtisad Universiteti, 2012, 186 s.
  42. Baxşəliyev V.B. Şortəpə. Bakı: İqtisad Universiteti, 2013, 200 s.
  43. Baxşəliyev V.B. Ordubad. Naxçıvan: Əcəmi, 2014, 312 s.
  44. Şıxəliyev E.A. Kafkasya jeopolitiğinde Rusiya, İran, Türkiye rekabeti və Ermeni faktörü. Ankara: 2004, 378 s.
  45. Şıxəliyev E.A. Erməni iddialarının siyasi mahiyyəti. Bakı: Nurlan, 2006, 187 s.
  46. Şıxəliyev E.A. Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində. Bakı: “Elm və Təhsil”, 2011, 322 s.
  47. Rəhimov. Naxçıvan XIX əsr rus mənbələrində. Bakı: “Elm və təhsil”, 2014, 180 s.
  48. Quliyev M. Şahtaxtinskilər tariximizdə və taleyimizdə. Naxçıvan: Əcəmi, 2010, 104 s.
  49. Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri. Naxçıvan: Əcəmi, 2013, 184 s.
  50. Asəf Yunis oğlu Orucov. Xalq təqvimi: adətlər, inanclar, mərasimlər (Naxçıvan materialları əsasında). Bakı, “Elm və təhsil”, 2013, 200 s.
  51. Quliyeva Z. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı: Elm və təhsil, 2014, 192 s.
  52. Xəlilov T.F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı: “Elm və Təhsil”, 2013, 199 s.
  53. Hacıyava S.A. Naxçıvanın Xatirə abidələri üzərindəki təsvirlər tarix mədəniyyət abidəsi kimi (Naxçıvan materialları əsasında) Bakı: Elm və Təhsil, 2013, 232 s.
  54. Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və Təhsil, 2014, 224 s.
  55. Məmmədov  M. Siyasətdə Naxçıvan dərsləri. Bakı: Nurlan, 2008, 382 s.
  56. Məmmədov M. Siyasətdə Naxçıvan dərsləri. Bakı: Nurlan, 2008, 382 s.
  57. Məmmədov M.Y. Mənim həyat məktəbim. Bakı: Şirvannəşr, 2011, 192 s.
  58.   Məmmədov M.Y. Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı. Bakı: Şirvannəşr, 2011, 326 s.
  59.   Rzayev Z. Tarixə qədərki tarix. Bakı: APU nəşriyyatı, 2008, 206 s.

 

III. Metodiki vəsaitlər

1.     Səfərli H.F. Azərbaycan tarixi dərslərində epiqrafik materiallardan istifadə. Bakı: MBM, 2009, 51 s.

  1. 2.      Qədirzadə H.İ.Q.Milli mətbəx və qonaqpərvərlik, Naxçıvan 2012, 98 s.

IV.Dərs proqramları

  1. Səfərli H.F. Epiqrafika  fənni üzrə proqram. Bakı: 2009, 28 s.
  2. Dərs vəsaitləri
  3. 1.    Səfərli H.F. Epiqrafika, Bakı: MBM,2010, 144 s.
  4. Səfərli H.F. Kəhrizlər, Bakı: İndiqo, 2010, 159 s.

V.Ümumiləşdirici əsərlər

  1. 1. Naxçıvan ensiklopediyası I cild, Naxçıvan 2005, 361 s.
  2. 2. Naxçıvan ensiklopediyası II cild, Naxçıvan, 2005 381 s.
  3. 3. Naxçıvan ensiklopediyası, Naxçıvan, 2006, 596 s.
  4. 4. Naxçıvan abidələr ensiklopediyası, Naxçıvan, 2008, 521 s.
  5. 5. Kəhriz sistemləri, Bakı.İndiqo, 2010, 159 s.
  6. 6. Naxçıvan tarixi atlası, Bakı, 2010, 56 s.
  7. 7. Naxçıvan tarixi (Ən qədimdən XVIII əsrin 40-cı illərinədək) Naxçıvan: Əcəmi, 2013, 452 s.
  8. Məqalələr

1.   Hacıyev İ. Armenian claims: fiction and history // Irs-Наследие, № 3 (27), Москва, 2007, p. 32-37

 2.     Hacıyev İ., Rzayev F. Bir daha “Naxçıvan” sözünün etimologiyası haqqında // Tarix və onun problemləri. Bakı, Teymur Poliqraf, 2007, № 2, s. 303-312

3.     Şıhaliyev Emin. Ermenistan-Azerbaycan çatışmasının perde arkası: Rusya-Türkiye çatışması / Ermeni Araştırmaları 2. Türkiye Kongresi Bildirileri. I cilt, Ankara: Avrasya Stratejik Araştırmalar Merkezi (ASAM), Ermeni Araştırmaları Enstitüsü, 2007, s. 1067-1081

  1. 4. Şıhaliyev Emin. Ermenilerin Türkiye ve Azerbaycan’a yönelik toprak iddiaları / Yeni Dönemde Türk Dış Politikası. Uluslararası IV. Türk dış poltikası sempozyumu tebliğleri. Ankara: Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK) yayınları, 2010, s. 379-390
  2. 5. Şıhaliyev Emin. The Armenian Question in the Context of the Clash of Civilizations and Geopolitical Interests, Its impact on Armenia-Azerbaijan relations and Vision of the Near Future // Review of Armenian Studies. A Biannual Journal of History, Politics and International Relations, Ankara, 2013, no: 27, p. 89-129
  3. 6. Şıhaliyev Emin. Ermenistan-Azerbaycan çatışmasının yakın geleceği: barış mı, savaş mı, yoksa ateşkes mi? // Ermeni Araştırmaları dergisi, Ankara, 2013, no: 45, s. 73-91
  4. 7. Şıxəliyev Emin. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri // Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2014, say: 7-8, s. 65-81
  5. 8. Şıxəliyev Emin. Ermənilərin Cənubi Qafqaz siyasətində erməni amili və Naxçıvan məsələsi (XX əsrin əvvəlləri) // Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2014, say: 4 (11), s. 9-22.
  6. 9. Кулиева З. Новые находки из могильника Яйджи. Российская  Археология, №2, Mockвa, 2012, с. 214-215.

10.Кулиева З. Новые факты о генезисе Кура-Аракского культура. Казакский Национальный  Университет Им. Abая, №4(31), Aлмaты, 2011. c. 46-49.

  1. 11. Кулиева З. Прото Куро-Араксская керамика Арпачайской долины. Наука в современном мире Материалы XIV Международной научно-практической конференции (28 мая 2013 г.), Москва, 2013, s.30-35.
  2. 12. Quliyeva Z. Erken Tunç çağında Arpaçay vadisi insanlarının gömü biçimi, I Uluslararası Ahlat-Avrasiya Kültür ve Sanat sempozyumu, 2013, s. 111-116.

13.     Hacıyev İ. Armenian claims for Nakhchyvan and historical facts // Azerbaijan & Azerbaijanis, № 1-4, Baku, Nurlan, 2006, p. 11-18

14.   Hacıyev İ. Azərbaycan müstəqilliyi əbədidir // Naqşicahan, sayı:11, CPH COMPANY, 2006, s. 2-3

15.   Hacıyev İ. 28 maydan 28 aprelə Azərbaycan Cümhuriyyəti // Naqşicahan, sayı:07, Ərzurum, Okyanus Basın yayın, 2005, s.12-14

16.   Səfərli H.F. Khanagah of pir-eyvaz // Azerbaijan & Azerbaijanis. Baku, Nurlan, 2005, № 1-6, p. 137-139

17.   Hacıyev İ. Heydər Əliyev və Milli tarixi yaddaşın bərpası // Naqşicahan, sayı:05, Ərzurum, Bakanlar Matbaacılık, 2004, s. 8-12

  1. 18. Xəlilov T. Gəmiqayadakı Sоn   Tunc-Еrkən Dəmir dövrünə aid  qayaüstü təsvirlər. Kültür еvrеni, Ankara: Bеrеcе, 2010, № 5, s. 377-381.
  2. 19. Xəlilov T. Gemikaya çevresinden bulunmuş yini kayaüstü tanımlamalarda Güney kafkasiya ve Orta Doğu kültürünün izleri tezisUluslararsı Doğu Anadolu ve Güney Kafkasiya kültürleri sempoziumu (Bildiri Özetleri) (10-13 ekim 2012), Erzurum, 2012, s.129.
  3. 20. Xəlilov T. Naxçıvandakı arxeoloji abidələrin Azərbaycan arxeologiyasında yeri və rolu. Qarapapaqlar, Tbilisi, 2013, may, № 5 (69), s. 6-11.
  4. 21. Xəlilov T. Tunc və Erkən Dəmir dövründə Naxçıvanda duz emalı. Naxçıvan: İlkin şəhər və Duzdağ 27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, Əcəmi, 2013, s. 255-259.
  5. 22. Orucov Asəf. Ülkər ulduzu ilə bağlı bir araşdırmaya dair // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası, №1, 2010, s. 252-255.
  6. 23. Orucov Asəf. Qış evləri və evlərin qızdırılması məsələsi // АМЕА Naxçıvan Bölməsinin Xəbərləri, 2012, №1, səh-131-135
  7. 24. Orucov Asəf. Heydər Əliyev və Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri // АМЕА Naxçıvan Bölməsinin Xəbərlərinin xüsusi buraxılışı, 2013, səh. 119-127
  8. 25. Orucov A. I Kültəpə qazıntılarında tapılmış meneral və daşlar. Bilim ve Kültür: 2013. say4. səh:140-149
  9. 26. Hacıyeva S.A. Darıdağ daş üzərində işləmə mərkəzi. Tarix və оnun prоblemləri, Bakı: № 4, 2008, s.314-316.
  10. 27. Hacıyeva S.A.Nahçıvan Özerk Cumhuriyyeti arazisindeki koç koyun biçimli mezar taşları üzerinde bir takım betimlemeler haqqında. Uluslararası Ahlat – Avrasiya kültür ve Sanat sempozyumu. 23-25 ağustos 2012 Ahlat-Bitlis, s. 512-518
  11. 28. Алиев И.Н. Политика «Великий сургун» сефевидского правителя Шаха Аббаса I и ее горькие последствия / В мире научных открытий. Материалы IV Международной научно-практической конференции 24 июня 2012 г. Москва: Спутник, 2012, с. 10-15
  12. 29. Алиев И.Н. Азербайджанский город Джульфа в период Сефевидов // Гилея: Науковый Вестник, Киев: 2012, № 9, с.194-197
  13. 30. Aliyev İ.N. Osmanlı yönetimi zamanında Azerbaycanın Nahçıvan bölgesi / II. Uluslararası Aras havzası sempozyumu. 13-15 Aralık 2011- İğdır. Erzurum: Zafer Ofset Ltd., 2012, s. 338-343
  14. 31. Kулиев М. О картине, где описана доблесть Гусейн Хана Нахичеванского / Материалы V (юбилейной) Международной научной конференции. Владикавказ: Издательство СОГПИ, 2014, 29 сентября, стр.195-197.
  15. 32. Кулиев М. Великий полководец Эхсан Хан кенгерлинский-нахичеванский в картине военного-художника, академика В.Д.Машкова // Научное мнение, научный журнал, СПб., 2014, №7, стр.60-63.
  16. 33. Rəhimov Y. XIXəsrdə ermənilərin Naxçıvan ərazisinə köçürülməsi (rus mənbələri əsasında) //  Kültür Evreni, Bahar, 2010, sayı 6, s.281-291.
  17. 34. Rəhimov Y. Rus mənbələri Naxçıvan şəhərinin yaranması tarixi haqqında/ Naxçıvan: İlk yaşayış və şəhərsalma yeri kimi (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumunun materialları). Naxçıvan: Əcəmi, 2012, s.208-214.
  18. 35. Рагимов Я. История города Нахчывана в русских источниках // Актуальные вопросы современной науки, Москва: Издательство Перо, 2013,стр.209-21.