Həşimov Əli Həsənqulu oğlu

elihesimovHəşimov Əli Həsənqulu oğlu 05 dekabr 1985-ci ildə Naxçıvan MR Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin “tarix-filologiya” fakultəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2006-2007-ci illərdə hərbi xidmətdə olmuş, 2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə magistratura pilləsini bitirmişdir. 2008-ci ildə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2011-ci ildə AMEA Naxçıvan Bölməsində doktorantura pilləsinə əyani qəbul olunmuşdur. 2014-cü 29 noyabr tarixdə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan tarixi nəsrində Naxçıvan mövzusu: mərhələlər, problemlər, şəxsiyyətlər” mövzusunda dissertasiya müdafiə etmiş, sənədləri Ali Attestasiyya Komissiyasına təqdim etmişdir.
Hazırda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsində elmi işçi vəzifəsində çalışır. İnstitutun “Axtarışlar” (Elmi jurnal-beynəlxalq kodlu) jurnalının 2012-ci ildən etibarən redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.