Orucova Aygün Əhməd qızı

aygunOrucova Aygün Əhməd qızı 13 dekabr 1982-ci ildə Naxçıvan MR Babək rayonunun Xətai kəndində anadan olmuşdur. 2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını, 2004-2006-cı illərdə isə həmin universitetin Magistratura şöbəsini Azərbaycan ədəbiyyatı ixtisasını bitirmişdir. 2006-cı ildə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2006-2010-cu illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin qiyabi doktorantı olmuşdur.
29 noyabr 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etmişdir.
Hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Bir monoqrafiya və 35-dən çox elmi məqalə və beynəlxalq konfrans materialının müəllifidir.