Qasımov Cavadxan Yusif oğlu

cavadxanQasımov Cavadxan Yusif oğlu, 26 avqust 1981-ci ildə Culfa rayon Saltaq kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin “İqtisad-hüquq” fakültəsinin “iqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2002-2005-ci illərdə həmin universitetin “iqtisadiyyat” ixtisası üzrə magistratura şöbəsinin məzunu olmuşdur. 2005-ci ildə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2006-cı ildə AMEA Naxçıvan Bölməsinin qiyabi aspiranturasına daxil olmuşdur.
2010-cu ildə “Məşğulluq probleminin həllində aqrar sektorun rolu” (Naxçıvan MR materialları əsasında) mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru (Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə, ixtisas şifr: 08.00.05) alimlik dərəcəsi almışdır.
Hal-hazırda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışır. 17 yanvar 2014-cü ildən AMEA Naxçıvan Bölməsinin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.