Hüseynzadə Əkrəm Rüfət oğlu

ekremHüseynzadə Əkrəm Rüfət oğlu 30 aprel 1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix-filologiya” fakültəsinin Azərbaycan dili ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2003-2005-ci illərdə həmin universitetin “Folklorşünaslıq və mifologiya” ixtisası üzrə magistratura şöbəsini məzunu olmuşdur. 2005-ci ildə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Folklorşünaslıq” şöbəsində böyük laborant vəsizəfində işə başlamışdır. 2006-ci ildə AMEA Folklor İnstitutunun əyani (məqsədli) aspiranturasına daxil olmuşdur.
2012-ci ildə “Folklor mətnlərində adların semantikası”(Naxçıvan mətnləri əsasında) mövsusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (folklorşünaslıq ixtixası üzrə) alimlik dərəcəsi almışdır.
Hal-hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. 17 yanvar 2014-cü ildən AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.
02 fevral “Gənclər günü” münasibətilə “Naxçıvan Muxtar Respublikası gənclərinin təltif edilməsi haqqında, 01 fevral 2014-cü il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı”na əsasən “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilmişdir.