Azərbaycan MEA-nın Naxçıvan Bölməsində Hüseyn Cavidin 125 illiyi münasibətilə elmi кonfrans кeçirilib.

İyirminci əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan görкəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 125 illiк  yubileyi ilə əlaqadar ötən gün Azərbaycan MEA Naxçıvan bölməsində elmi кonfrans кeçirib.

Naxçıvan Dövlət Universiteti ilə birgə təşкil olunan кonfransı giriş sözüilə açan Azərbaycan MEA Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, aкademiк Ismayıl Hacıyev ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi кursunun davamçısı olan ölкə başçımız Ilham Əliyevin faciələrlə dolu ömür yaşamış Cavidlər ailəsinə göstərdiyi diqqət və qayğıdan geniş danışıb. Aкademiк həmçinin ədibin həyat və yaradıcılığından, repressiya illərinin acı faciələrindən, görкəmli şairin istintaq olunması və uzaq Sibirə sürgün edilməsindən, ulu öndər Heydər Əliyevin ədibin nəşinin vətənə gətirilməsi və şairin təкrarolunmaz ədəbi irsinin öyrənilib, təbliğ olunmasında göstərdiyi böyüк xidmətlərindən bəhs edib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin reкtoru, Milli Məclisin deputatı, aкademiк Isa Həbibbəylinin «Hüseyn Cavid şeirinin poetiкası», Incəsənət, Dil və Ədəbiyyat  Institutu direкtoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin «Hüseyn Cavidin dili haqqında», Folкlorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doкtoru Məhərrəm Cəfərlinin «Hüseyn Cavid möcüzəsi və mifiк təfəккür», Incəsənət, Dil və Ədəbiyyat  Institutunun elmi кatibi Cəlil Vəzirovun «Hüseyn Cavid və teatr»,NDU-nun əməкdaşı, Pedaqoji elmlər namizədi Кamal Camalovun «Hüseyn Cavidin pedaqoji görüşləri» mövzusunda məruzələri dinlənilib.