Əlyazmalar Fondu

- Ünvan: AZ 7000, Naxçıvan ş. H.Əliyev pr., 35

Telefon: (994 036) 5446991

E-mail:   eylazov@mail.ru

Direкtor:

 

     Təşкilatın tarixi haqqında qısa məlumat: Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondu ümummilli lider H.Əliyevin 07 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmış, 08 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır.

     Təşкilatın əsas fəaliyyət istiqamətləri: Naxçıvan əlyazmalarının toplanması, sistemə salınması, kataloqlaşdıdırlması, qorunması, tədqiqi, nəşri və təbliği.

     Əlyazmaların toplanması şöbəsi:

     Struкtur bölmənin rəhbəri: Fəxrəddin Aydın oğlu Eylazov

     Struкtur bölmənin əsas fəaliyyəti: Naxçıvan əlyazmalarının toplanılması və tədqiqi.

     Struкtur bölmənin əsas elmi nəticələri: Naxçıvan ərazisində mövcud olan əlyazmaların sistemli şəкildə tədqiq olunması davam etdirilmiş, əlyazmaların yerində qeydə alınması və ya fonda gətirilməsi sahəsində işlər aparılmışdır. Tədqiqat dövründə Məhəmməd Həsən Ordubadinin, Bayrək Quşçuoğlunun, Mirzə Müslüm Qüdsinin, Şeyx Məhmud Şəbüstərinin, Salik Ordubadinin, Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvaninin əlyazmaları tekstoloji və filoloji cəhətdən araşdırılmışdır. Əli Əkbər ibn Məhəmmədrza Dəllak Naxçıvaninin «Muxtarnamə» əsərinin paleoqrafik xüsusiyyətləri müəyyənləşdirilmiş və həmin dövrü əhatə edən digər nümunələrlə müqayisəli şəkildə öyərnilmiş, Orta əsr Naxçıvan əlyazmalarının paleoqrafik və orfoqrafik xüsusiyyətləri, dil tarixi və tarixi fonetika baxımından geniş şəkildə tədqiq edilmişdir.

Əlyazmaların kataloqlaşdırlması, tədqiqi və nəşri şöbəsi:

     Struкtur bölmənin rəhbəri: Səbuhi Məmmədəli oğlu İbrahimov – fəlsəfə üzrə fəlsəfə doktoru

     Struкtur bölmənin əsas fəaliyyəti:iyyəti: Naxçıvan əlyazmalarının kataloqlaşdırılması və tədqiqi.

     Struкtur bölmənin əsas elmi nəticələri: Naxçıvanla bağlı aşkar olunan bir sıra əlyazmalar tədqiq edilərək ilkin elmi kataloqları hazırlanmışdır. Tədqiqatlar zamanı Əbu Bəkir ibn Xosrov Əl-Ustadinin 17 fəsildən ibarət “Munisname” əsəri geniş şəkildə araşdırılmış, Suli Fəqihin 4800 beytdən ibarət olan «Yusif və Züleyxa» poeması filoloji təhlil edilmişdir.

Son yeddi ildə təşкilatın əldə etdiyi əsas nəticələr:

Əlyazmalar Fondunda nadir sənət nümunələrinin kataloqlaşdırılmasına başlanılıb. Fondda 300-ə yaxın əlyazma toplanılıb. Toplanılan əlyazmalar arasında Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim kitab və məktublar vardır ki, bu da qədim Nuh torpağının öyrənməsi baxımından əhəmiyyəti olduqca böyükdür. Haliyədə qədim diyarın minliklərindən xəbər verən 150-ə yaxın əlyazmanın ilkin katoloqlaşdırılması işi başa çatdırılıb. 100-dən artıq bütöv olmayan əlyazma isə tam bərpa olunduqdan sonra kataloqlaşdırılacaq.

Hazırlanan kataloqda regionla bağlı əlyazmaların müəllifi, mövzuları, eyni zamanda çap tarixi, nəşr olunduğu yer, habelə əlyazmanın şəkili, kağız materialları, səhifə həcmi, bir sözlə bütün kataloq məlumatlar öz əksini tapacaq.Kataloqlaşdırma işləri ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Orta əsrlərdə yaşayıb yaratmış şair və mütəfəkkir Suli Fəqihin «Yusif və Züleyxa» əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsi tərcümə еdilərək tədqiq еdilmiş və monoqrfiya halında (400 s.) çap еdilmişdir. Əsərin təhlili zamanı şairin yaşadığı, əsərin yazıldığı tarixlər dəqiqləşdirilmiş və dövrün ümumi mənzərəsinə aydınlıq gətirilmişdir. Aparılan araşdırmalar nəticəsində əsərin sujеt traktovkası, onun sosial psixoloji məzmunu müəyyənləşdirilmiş, mövcud olan obrazlı ifadələr şərh еdilmişdir. Əsərin filoloji təhlili aparılmış, orta əsr Azərbaycan еpik şеrinin yеni bədii təsvir və ifadə vasitələrindən istifadə еdildiyi müəyyənləşdirilmişdir. Poеma XIV əsrədək Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Naxçıvan əlyazmalarının elmi araşdırılması zamanı Naxçıvanlı bir necə müəllifin bu günə qədər tədqiq edilməmiş əlyazmaları aşkar edilmişdir. Ötən dövr ərzində Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvaninin, Bayrək Quşçuoğlunun, Salik Ordubadinin, Məhəmməd Həsən Ordubadinin, Mirzə Müslüm Qüdsinin, Şeyx Məhmud Şəbüstərinin, Mirzə Müslüm Qüdsinin, Əbu Bəkr ibn Xosrov Əl-Ustadinin əlyazmalarının məzmunu araşdırılmış, tekstoloji və filoloji cəhətdən təhlil edilmişdir. Tədqiqatlar zamanı Naxçıvanlar bağlı elmə bəlli olmayan bir sıra faktlar aşkar edilərək elmi dövriyəyə daxil edilmişdir.

Ümumiyyətlə, Fonda müxtəlif mənbələrdən 80-dən çox naxçıvanlı alim, şair və sənətkarlar, eləcə də 33 fars dilində yazmış region şairimiz (16 Ordubad, 4 Naxçıvan və 13 İrəvan) haqqında məlumat və onların bəzi əsərləri toplanılmış və ilkin tədqiqata cəlb edilmişdir. Aparılan elmi araşdirmalar nəticəsində naxçıvanlı alim, şair, sənətkarlar və onların əsərləri haqqında mənbələrdən əldə edilmiş ilkin məlumatlar əsasında boblioqrafik cədvəl hazırlanmışdır.

Nəşr olunmuş elmi əsərlər:

I. Monoqrafiyalar

1.   İbrаhimоv S. Hаcı Mоllа Məhəmməd Nаxçıvаninin «Səhаbəd-Dümu» əsərində fəlsəfi düşüncələr. Bаkı: Аz.TU nəşryyаtı, 2009, 146 s.

2.       İbrahimov S.M. Munisnamə (Əbu Bəkr ibn Xosrov Əl-Ustad). Tərcümə və ön söz. Naxçıvan: Az TU-nun mətbəəsi, 2008, 143 s.

3.       İbrahimov S.M. Suli Fəqih. Yusif və Zülеyxa (ərəb əlifbası ilə yazılmış əlyazmadan translеtrasiya, ön söz, lüğət və tərtibat). Bakı: MBM, 2008, 400 s.

4.       İbrahimov S.M. İsna Əşəri. Bakı: Az TU-nun mətbəəsi, 2007, 128 s.

5.       İbrahimov S.M. Şərq prepatetizmi və islamda imamilik. Bakı: Az TU-nun mətbəəsi, 2006, 188 s.

6.       Cəlilova A. Bayrək Quşçuoğlu. Bakı: Səda, 2005, 200 s.

II. Məqalələr

1.       İbrahimov H.S. Azərbaycanda imamilik tarixindən // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2008, №1, s. 324-327

2.       İbrahimov H.S. Azərbaycanda imamiliyin tarixi sivilizasiyası / AMEA FSHTİ “Ş.İ.Xətainin elmi dünyagörünüşünə dair ümumrespublika” YIII elmi-praktiki konfransın materialları, Bakı, 2008, s. 55-57

3.       İbrahimov H.S. Kəlam elmi və imamilik nəzəriyyəsi // Sosial-siyasi problemlər. AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. Bakı, 2008, №2-3(19-20), s. 131-133

4.       Məmmmədova Z. Mətn anlayışı və mətnin oxunması // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2008 № 1, s. 248-251

5.       Əliyev C. Naxçıvanda katiblik sənəti nümunələri // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2008 № 1, s. 244-247

6.       Eylazov F. Naxçıvan abidələrində işlənmiş bəzi xətt növləri haqqında qeydlər // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2008 № 1, s. 238-243

7.       Eylazov F. XVIII əsr əlyazmalarına bir baxış / Naxçıvan Muxtar Respublikasının yaranması: Tarix və müasirlik. Elmi praktiki konfransın materialları. Bakı, Nurlan, 2007, s. 203-209

8.       İbrahimov H.S. Əl-Ustadın “Munisnamə” əsəri haqqında // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2007, №1, s. 201-206

9.       İbrahimov H.S. “Munisnamə”də dini-əxlaqi görüşlər // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2007, №3, s. 246-251

10.   Məmmmədova Z. Salik Ordubadinin məhəbbət lirikası // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2007 № 1, s. 196-200

11.   Pənahov Ş. Naxçıvan Əlyazmalarına dair / Naxçıvan MR-in yaranması: Tarix və müasirlik. Elmi praktiki konfransın materialları. Bakı, Nurlan, 2007, s. 210-218

12.   İbrahimov H.S. Naxçıvan tarixi və ədəbi mühitinə dair qaynaqlar / Naxçıvan MR-in yaranması: Tarix və müasirlik. Elmi praktiki konfransın materialları. Bakı, Nurlan, 2007, s. 219-227

13.   Pənahov Ş. Mirzə Müslim Qüdsinin “İrəvanın Vəsfi” məsnəvisi haqqında // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2007 № 1, s. 191-195

14.   Eylazov F. Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvani və onun “Həqaiq ət-tarix” əsəri haqqında ilk söz // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2007 № 3, s. 242-245

15.   Eylazov F. Məhəmməd Həsən Ordubadi və onun bir əlyazması haqqında // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2007 № 1, s. 188-190

16.   Eylazov F. Naxçıvanda sufi məktəbləri // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2006 № 2, s. 181-186

17.   Eylazov F. Şeyx Mahmud Şəbüstəri və onun “Gülşəni-raz” əsəri haqqında // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2006 № 4, s. 214-218

18.   Pənahov Ş. Əlyazmaları mədəni irsimizin bir hissəsidir // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2006 № 2, s. 97-102

19.   Pənahov Ş. Səməd Sərdariniyanın “İrəvan müsəlmanlar yurduymuş” kitabı haqqında // AMEA Naxçıvan bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası, 2006 № 4, s. 219-224

20.   İbrahimov H.S. “Onikiimamilərin” 12 imamı / Ekologiya, Fəlsəfə, Mədəniyyət, (Elmi məqalələr məcmuəsi) AMEA Fəlsəfə Və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, Bakı, 2006, №42, s. 143-149

21.   İbrahimov H.S.İmamiliyin fəlsəfi tarixi // “Dil və ədəbiyyat” jurnalı, Bakı, 2006, №1(49), s. 145-146

III. Kitablar

1. İbrahimov H.S. Hаcı Mоllа Məhəmməd Nаxçıvаninin “Səhаbəd-Dümu” əsərində fəlsəfi düşüncələr I cild. Naxçıvan: İdeya, 2011 320 s.

2. İbrahimov H.S. Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması. Naxçıvan: 2011, 201 s.