Batabat Astrofizika Rəsədxanası

  Ünvan:  Az-7000, Naxçıvan şəhəri, H.Əliyev prospekti-35

Telefonlar: (+994 36) 5446985, (+994 36) 5433569

E-mail: atcc55@mail.ru

 

Direktor: Qulu Əhməd oğlu Həziyev-fizika- riyyaziyat üzrə fəlsəfə doktoru.

 

Batabat  Astrofizika Rəsadxanası (BAR) – AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi və Ağdərə Astronomiya stansiyasının maddi-texniki bazası əsasında yaradılmış elmi-tədqiqat müəssisəsidir. Rəsədxananın elmi fəaliyyəti müasir astronomiyanın fundamental tədqiqatlarının prioritet istiqamətlərini əhatə edir. Hazırda BAR Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasından sonra yaradılan ikinci rəsədxanadır. Rəsədxanada 2015-ci ilin əvvəlinə görə 24 əməkdaş, o cümlədən 8 elmi texniki personal çalışır. Onlardan dördü fizika, riyaziyyat və astronomiya üzrə fəlsəfə doktorlarıdır. Rəsədxana şəhər bazasından (Naxçıvan şəhəri) və iki müşahidə bazasından: Batabat və Ağdərə stansiyalarından ibarətdir. Rəsədxananın əməkdaşları Günəş fizikası, ulduz fizikası, komet fizikası və göy mexanikası sahəsində tədqiqatlar aparır, Günəş sisteminin kiçik cisimlərinin – komet və asteroidlərin mövqe və fotometrik müşahidələri ilə məşğul olurlar. 2007-ci ildə Batabat stansiyasında yeni inzibati bina tikilmiş və istifadəyə verilmişdir. Binanın kupolu altında Seyss-600 teleskopu yerləşir. Hazırda Seyss-600 teleskopunun işıq qəbulediciləri modernləşdirilir.

Müşahidə bazaları:

  • Batabat stansiyası (Naxçıvan MR, Şahbuz rayonu, Batabat yaylası)

Koordinatlar: 39°31′48″ en. 45°46′53″ uz. Dəniz səviyyəsindən hünd. ~ 2060 m.

  • Ağdərə stansiyası: (Naxçıvan MR, Ordubad rayonu, Ağdərə qəsəbəsi)

Koordinatlar:  39°06′33″ en.  45°54′54″ uz. Dəniz səviyyəsindən hünd. ~2100 m.

 

Rəsədxananın əsas fəaliyyət istiqaməti:

Səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi

BAR-ın bölmələri:

  • Səma cisimlərinin mövqe müşahidələri şöbəsi

Rəhbər:  Qulu Əhməd oğlu Həziyev  –  fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.

Şöbənin əsas fəlaiyyəti: Gunəş sistemi cisimlərinin mövqe müşahidələri.

Şöbənin əsas elmi nəticələri: Günəş ləkələrinin, həmçinin komet və asteroidlərin mövqe müşahidəsi həyata keçirilmişdir. Günəşdəki irimiqyaslı maqnit sahələrinin xüsusiyyətləri araşdırılaraq onlarda aşkar olnumuş kvaziikiillik dövrü rəqslərin Günəşdəki maqnit sahələrinin qeyri simmetrik xüsusiyyətləri ilə bağlı olduğu müəyyən olunmuşdur.

 

  • Səma cisimlərinin fotometriyası şöbəsi

Rəhbər: Azad Hidayət oğlu Məmmədli – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Şöbənin əsas fəlaiyyəti:  Günəş sistemi cisimlərinin fotometrik müşahidələri.

Şöbənin əsas elmi nəticələri: Günəş sisteminin böyük cisimlərinin, o cümlədən komet və asteroidlərin fotometrik müşahidəsi aparılmişdir. Yaxın 200 il ərzində Yer planeti üçün potensial təhlükə törətmə ehtimalı olan 17 kometin fiziki və dinamik parametrləri dəqiqləşdirilmişdir.

 

Rəsədxanada əldə olunan əsas elmi nəticələr:

 

  • Uzundövrlü komеt orbitlərinin fəza oriеntasiyalarının tədqiqi göstərir ki, bunların xеyli hissəsi (30%-dən çoxu) bəzi tədqiqatçıların iddia еtdiklərinin əksinə olaraq еkliptika müstəvisinə pеrpеndikulyar müstəvinin yaxın ətrafında toplanmışdır. Komеtlərin mənşəyi haqqındakı Oort hipotеzi bu paylanmanı izah еdə bilmir. Həmçinin 1/a paramеtrinin (a – orbitin böyük yarımoxudur) paylanması da müasir baxışlarla ziddiyət təşkil еdir.
  • 900-dən artıq uzundövrlü komеtin orbit еlеmеntləri üzərində aparılan tədqiqatlar göstərir ki, i=860; g=2730; 250 a.v<R<400 a.v zonasında komеtləri yönləndirən böyük kütləli bir və ya bir nеçə transnеptun səma cisminin mövcudluq еhtimalı xеyli yüksəkdir. Bu nəticələrə əsaslanaraq Günəş sistеmində Nеptundan sonra bir və ya bir nеçə iri kütləli səma cisminin mövcud olması müddəasını irəli sürmək olar.
  • Müəyyən olunmuşdur ki, Günəş ekvatoruna yaxın oblastlarda Günəş spikullarının hündürlüyü 7000km-dən az deyil. Günəş spikullarının dispersiya meyli dövrü olaraq dəyişir və by dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır.
  • Günəşdəki irimiqyaslı maqnit sahələrinin 17 illik və kvaziikiillik dövrü xüsusiyyətlərə malik olduğu aşkar edilmişdir və eyni zamanda Günəşdəki irimiqyaslı maqnit  sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslərin Günəşdəki maqnit sahələrinin qeyri simmetrik xüsusiyyətləri ilə bağlı olduğu müyyənləşdirilmişdır.
  • Yüksək ayırmalı və yüksək dispersiyalı rəqəmsal spektral materiallar əsasında Prosiyon spektrində 130-a qədər zəif və orta intensivlik Fraunhofer xətlərinin profillərinin asimmetriyası öyrənilmiş, onların asimmetriya parametrləri təyin olunmuş, ilk dəfə olaraq Prosiyon spektrində verilmiş xətt daxilində asimmetriyanın qiymət və işarəcə bir neçə dəfə dəyişdiyi, başqa sözlə profillərin asimmetriyasının incə quruluşu aşkar edilmişdir.
  • Sarsıdıcı cismin (ulduzun) mərkəzi cisimlə (Günəşlə) yaxınlaşması halında passiv qravitasiyalı cismin – planetin orbitinə təsiri araşdırılmışdır. Göstərilmişdir ki, Günəş sistemilə parabolik yaxud hiperbolik orbit üzrə 50 v.-dən 100 a.v.-dək minimal məsafədə yaxınlaşan, kütləsi bir Günəş kütləsindən beş Günəş kütləsinədək olan sınaq ulduzu Veneranın, Yerin və Marsın orbitlərinin ölçüsünə və formasına az təsir edir. Saturn orbitinin forması və ölçüsünün dəyişilməsi əhəmiyyətli dərəcədə, Yupiterdə isə cüzi olur. Bu halda uzaq planetlər olan Uran və Neptunun orbitləri güclü dəyişilməyə məruz qalırlar və onlar sınaq ulduzu tərəfindən zəbt oluna bilərlər.

 

 

Nəşr olunmuş elmi əsərlər (məqalələr): 

 

  • Dadaşov Ə.S. MOİD parametrli potensial təhlükəli kometlərin seçilməsinin əsas kriteriyası kimi // Şamaxı Astrofizika Rəsədxanasının sirkulyarı, ŞAR redaksiya nəşriyyatı, 2005, No 110, səh. 32-35.
  • Məmmədli A.H. Məhdud parabolik ikiqat ortalaşдырылмыш üç cisim məsələsi // Şamaxı Astrofizika Rəsədxanasının sirkulyarı, ŞAR redaksiya nəşriyyatı, 2003, №106, səh.16-21
  • Bayramov A.Sh. Light curves of  periodic  comets // Astronomy and space physics at  Kyiv University, 2005.
  • Kuli-Zade D.M., Tairov M.M., Sartibzade R. The New Quantitative Method For Analysis Of The Fine Structure Of The Fraunhofer Lines Profiles // International Journal of Engineering & Technology IJET-IJENS (ISSN:2077-1185), 2012, vol. 12, No 01, pp. 16-21.
  • Mammadli A.G. The Limiting Case of the Double-Averaged Parabolic Restricted Three-Body Problem // Solar System Research, 2007, vol.41, N2, p. 171-173
  • Гаджиев Т.Г. Оценка количества спикул на разных высотах / «Исследование солнечной системы: перспективы сотрудничества с ШАО». Труды международный научный конференции. Баку, Элм, 2004, с. 24-26.
  • Гаджиев Т.Г., Рустамов А.А. Спектральное наблюдения крутильных колебании в хро-мосферных спикулах. // Azərbaycan Astronomiya Jurnalı. 2007, N1-2, səh. 27-29.
  • Гаджиев Т.Г. Спектральные наблюдения вращения хромосферных  спикул // Azərbaycan Milli Aerokosmik Agentliyinin  xəbərləri, 2007, c.10, N1-2, səh.130-133.
  • Газиев Г.А. Временные вариации индексов крупномасштабных магнитных полей на солнце // Циркуляр Шемахинской Астрофизической Обсерватории, 2004, №108, с.8-12.
  • Газиев Г.А. Изучение свойств широтно-временного распределения полярности круп-номасштабного магнитного поля Солнца в циклах активности с 1915 по 19 82 годы / «Исследование солнечной системы: перспективы сотрудничества с ШАО». Труды международный научный конференции. Баку, Элм, 2004, с. 20-23.
  • Газиев Г.А. Фурье-анализ индексов крупномасштабных магнитных полей на солнце // Циркуляр Шемахинской Астрофизической Обсерватории, 2005, №110, с.5-9.
  • Газиев Г.А. Становление Астрофизической Обсерватории и перспективы астрономической исследований / Труды Государственного Астрономического Института им. П.К. Штернберга. Тезис докладов Восьмого съезда Астрономического Общества и Международного симпозиума, Москва, 2005, том. LXXVIII.
  • Гулиев А.С., Аббасов Д.Г., Кахраманов Т.М., Об абсолютно слабых долгопериодических кометах // Циркуляр Шемахинской Астрофизической Обсерватории, 2005, №109, с.54-59.
  • Гулиев А.С., Байрамов А.Ш. К определению физических величин периодических комет с учетом условия их видимости // Циркуляр Шемахинской Астрофизической  Обсерватории, 2005, №109, с.59-62.
  • Кули-заде Д.М., Таиров М.М. Об особенностях профилей «b» линий триплета MgI в спектрах Проциона и Солнца// Bakı Universitetinin Xəbərləri (Fizika-riyaziyyat elmləri seriyası), 2012, No 4, səh. 155-162.
  • Мамедли А.Г. О промежуточной орбите материальной точки внутри вращающегося неоднородного эллипсоида вращения //Циркуляр Шемахинской Астрофизической Обсерватории, 2004, №108, с.13-18.
  • Мамедли А.Г. О частных решениях ограниченной задачи трех тел //Azərbaycan Astronomiya Jurnalı, 2007, No 3-4, cild 2, səh. 10-14..
  • Мамедли А.Г. Предельный случай двукратно-осредненной параболической ограниченной задачи трех тел // Астрономический вестник, 2007, т.41, №2, с.186-189.
  • Мамедли А.Г. Некоторые задачи о движении тел с переменными массами и случаи их интегрируемости // Azərbaycan Astronomiya Jurnalı. 2009, №3-4, cild 4, səh. 18-25.
  • Мамедли А.Г. ГАИШ МГУ им. М.В. Ломоносова. Сборник резюме докладов научной конференции «Астрономия в эпоху информационного взрыва: результаты и проблемы», Москва, 28 мая – 1 июня 2012г., ст. 53.
  • Мамедли А.Г. О влиянии сближающейся с солнечной системой звезды на элементы орбиты планет // Azərbaycan Astronomiya Jurnalı. 2015, № 1, cild1.