AMEA Naxçıvan Bölməsi “Tusi” nəşriyyatı.

Ünvan: AZ 7000 Azərbaycan Respublikası, Naxçıvan ş. H.Əliyev pr., 35.

Tel: (994036)5446984.

E-mail: qafarqerib@mail.ru.

Direktor: Qafar Tahar oğlu Qənbərov.

Təşkilatın əsas fəaliyyət istiqamətləri: AMEA Naxçıvan Bölməsinin «Xəbərlər» jurnalını, müxtəlif elmi kitabları və xüsusi buraxılışları nəşr etmək.

 

Təşkilatın tarixi haqqında qısa məlumat: Azərbaycan MEA Naxçıvan Bölməsində elmi əsərlərin çap edilməsi üçün bölmənin nəzdində «Tusi» adı ilə nəşriyyatın fəaliyyətə başlamasına icazə alınmış, nəşriyyat qurulmuş və ilk olaraq 2005-ci ildə Gəmiqaya ilə bağlı «Xəbərlər» jurnalının xüsusi nömrəsi çapdan çıxmışdır. Nəşriyyat fəaliyyətinin ilk dövründə təkcə «Xəbərlər» jurnalının nəşri ilə məşğul olmuşdur. Hal-hazırda «Tusi» nəşriyyatının fəaliyyət dairəsi günbəgün genişlənir.

 

Son yeddi ildə təşkilatın əldə etdiyi əsas nəticələr: «Tusi» nəşriyyatı yarandığı vaxtdan əsasən AMEA Naxçıvan Bölməsinin elmi nəşri olan «Xəbərlər» jurnalının çapı ilə məşğul olur. Bugünədək «Xəbərlər» jurnalının25 nömrəsi işıq üzü görüb. Bu nömrələrin 13 ictimai və humanitar elmlər seriyasına, 12 isə təbiət və texniki elmlər seriyasına həsr edilib. AMEA Naxçıvan Bölməsinin «Əlaqə» adlı telefon kitabçası, bəzi rəsmi blankları, «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpoziumun, Naxçıvan Muxtar Respublikasının 83 illiyinə həsr olunmuş «Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik» adlı elmi-praktik konfransın, «Naxçıvan bu gün: islahatlar, perspektivlər», «Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan» mövzusunda beynəlxalq simpoziumun materialları və bölmənin illik hesabatı da bu nəşriyyatda yığılıb hazırlanmışdır.