Sadıqzadə Nigar Nurəddin qızı

nigarSadıqzadə Nigar Nurəddin qızı 30 avqust 1983- cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2000-2004- cü illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix- filologiya” fakultəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2004- 2006- cı illərdə həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistratura şöbəsini məzunu olmuşdur. 2006- cı ildə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədədbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq” şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2007- cı ildə AMEA Naxşıvan Bölməsinin dissertantı olmuşdur.
2010- cu ildə “XX əsr Naxçıvan ədəbi mühitində ədəbiyyatşünaslıq məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (Azərbaycan ədəbiyyatı ixtisası üzrə) alimlik dərəcəsi almışdır.
2013- cü ildən AMEA Naxçıvan Bölməsinin doktorantıdır.
Hal- hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.