İsmayıl Muxtar oğlu Hacıyev

      İsmayıl Muxtar oğlu Hacıyev
Anadan olduğu yer:  – Naxçıvan Muxtar Respublikası, Culfa r-u, Xanəgah kəndi
Təvəllüdü:  – 21.01.1951
Təhsili:  – Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi
Elmi dərəcəsi:  – Tarix elmləri doktoru
Elmi rütbəsi:  – Professor
 Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:  – 07.00.02. Vətən tarixi
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı:  – 2003, tarix
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:  – 30 kitab, 250 məqalə
Xaricdə çıxmış elmi əsərlərin sayı:  – 1 kitab, 35 məqalə
Əsas elmi nailiyyətləri:  – II Dünya müharibəsi illərində Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi və mədəni həyatında, idarəetmə orqanlarında, istehsalın idarə edilməsində fəal iştirak etmələrinin ilk dəfə sistemli şəkildə tədqiqi; Naxçıvan MR zəhmətkeşlərinin Böyük Vətən müharibəsindəki döyüş qəhrəmanlıqlarının tədqiqi; Azərbaycanlıların soyqırıma, deportasiya və repressiyaya məruz qalmalarının planlı öyrənilməsi; Naxçıvanın Azərbaycanın dövlətçilik siyasətində tutduğu yer və oynadığı rolun sistemli araşdırılması; Naxçıvan MR-in muxtariyyət statusu və ərazi taleyinə qarşı erməni iddialarının əsassızlığının tarixi qaynaqlara əsaslanaraq göstərilməsi; Naxçıvan MR-in görkəmli şəxsiyyətlərinin siyasi, hərbi, ictimai və elmi fəaliyyətlərinin öyrənilməsi, tarixi və memarlıq abidələrinin mədəniyyət tarixindəki rolunun tədqiqi.
Kadr hazırlığı: elmlər namizədlərinin sayı:  – 11
Əsas elmi əsərlərinin adları:  1. “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” Naxçıvan, “Əcəmi” 2011, 272 s2. “İntibahın 15 ili”. Naxçıvan, “Əcəmi” 2010, 278 səh.3. “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Əcəmi” 2010, 359 səh.4. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər). Bakı, “Elm”, 2008, 152 səh.

5. Naxçıvan Muxtar Respublikası. Tarixi-statistik məcmuə. Bakı, 2004, 212 səh.

6. Heydər Əliyev və milli-tariхi yaddaşın bərpası. Bakı, “Elm”, 2003, 164 səh.

7. Naxçıvan və naxçıvanlılar. Bakı, 2001, 280 səh.

8. Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi. Bakı, 1999, 36 səh.

9. Tarixdə və günümüzdə Naxçıvan (türk dilində). Ankara, 1998, 92 səh.

10.Naxçıvan Muxtar Respublikası (Azərbaycan və ingilis dillərində). Naxçıvan, 1998, 64 səh.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:  – Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002)
Pedaqoji fəaliyyəti:  – 1974-1977-ci illərdə orta məktəbdə müəllim, 1978-ci ildən Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət
İş yeri və ünvanı:  – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan şəhəri Heydər Əliyev prospekti 76.
Vəzifəsi:  – AMEA Naxçıvan Bölməsinin sədri
Xidməti telefonu:  – (+994 36) 544-65-80
Mobil tel:  – (994 50) 3362525
Faks:  – (+994 36) 545-46 -22
E-mail:  – ismayil_haciyev@yahoo.com