Elmi kitabxanada sərgi təşkil onlunub.

AMЕA Naxçıvan Bölməsinin Elmi kitabxanasında xalqımızın tarixində və taleyində mühüm rol oynayan 15-İyun Milli Qurtuluş Günü ilə əlaqədar olaraq sərgi təşkil olunub. “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və xilaskarıdır” başlıqlı sərgidə görkəmli akademik İsmayıl Hacıyevin “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, Mirkazım Seyidov və Məmməd Rzayevin nəşr etdirdikləri “Zamanı qabaqlayan dahi”, Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman” (4 cildli), Mehman Şabanovun “Azərbaycanın tarixində Heydər Əliyev mərhələsi”, Vahid Novruzovun “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli”, “Qaydış”, “Heydər Əliyev: müstəqilliyimiz əbədidir” (38 cild) və digər qiymətli kitablar nümayiş olunur. Sərgidə həmçinin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətləri olan böyük öndər Heydər Əliyevin Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlardan, ulu öndərin ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, eləcə də nəsillərə nümunə ola biləcək həyat və siyasi fəaliyyətindən bəhs edən qəzet, jurnal və toplular tamaşaçıların diqqətinə çatdırılır.