TALIBOV TARİYEL HÜSEYNƏLİ OĞLU

TALIBOV TARİYEL HÜSEYNƏLİ OĞLU

 

Anadan olduğu yer:             Azərbaycan  Respublikası, Naxçıvan MR

Şərur rayonunun Siyaqut kəndi

Təvəllüdü:                                22.02.1949

Təhsili:                                      1973, Azərbaycan Dövlət Universiteti,

biologiya fakültəsi, bioloq

Elmi dərəcəsi:                      - Biologiya elmləri doktoru

Elmi rütbəsi:                        -Professor

Doktorluq dissertasiyasının

ixtisas şifri və ixtisasın adı:  03.00.05 – Botanika

Müxbir üzv seçildiyi tarix

və ixtisasın adı:                   2007, Botanika

Çapdan çıxmış elmi

əsərlərin ümumi sayı:          101

Xaricdə çıxmış elmi

əsərlərin sayı:                      8

Əsas  elmi naliyyətləri:        Naxçıvan MR-in ilk dəfə olaraq ali bitkilər üzrə flora spektri

hazırlanmış, ərazidə mövcud növlərin müasir vəziyyəti araşdırılmış, təbii  ehtiyatı bol olan mindən çox bitki növündən, təqribən 700-dən çoxunun dərman və ya texniki bitki kimi istifadə imkanları göstərilmiş, endemik, nadir və məhv olmaq təhlükəsi altında olan bitki növləri müəyyənləşdirilərək, onların qorunması üçün tədbirlər planı hazırlanmışdır. Ərazi florasına 100-dən çox bitki növü əlavə edilmişdir ki, onlardan 3 növü Qafqaz florası üçün yenidir.

Naxçıvan MR-də ilk dəfə olaraq onurğalı heyvanların tədqiqi vəziyyəti

müəyyənləşdirilərək, fauna spektri hazırlanmış, növlərin müasir vəziyyəti öyrənilərək nadir və ya məhv olmaq təhlükəsi altında olan onurğalı heyvanlar seçilmiş, onların yayılma xəritəsi tərtib edilərək mühafizə yolları göstərilmişdir. Tədqiqat işlərində quşlar,   məməlilərdən isə bezoar keçisi, muflon və bəbirə aid ətraflı tədqiqatlar aparılmış, ərazi faunasına 30-dan çox yeni növ verilmişdir ki, onlardan da səhra kəkliyi Qafqaz faunası üçün yenidir.

Əsas elmi əsərlərin adları:    1.  Naxçıvan MSSR-də biosferin mühafizəsi. Bakı: Azərnəşr, 1983, 97 s. (Y.B.Səfərov)

  1. Ərik. Bakı: Elm,  1997,  92 s. (S.N.Babayeva)
  2. Naxçıvan Muxtar Respublikasında nadir heyvan növləri və onların

genofondunun qorunması. Bakı, Elm, 1999, 102 s.

  1. Naxçıvan diyarının dərman bitkiləri (Medicinal herbs of

Nakhchivan land). Naxçıvan, NDU “Qeyrət”, 2000, 20 s.   (I.Ə.Həbibbəyli, Z.Ə. Vəliyev)

  1. Naxçıvan MR-in flora biomüxtəlifliyi və onun nadir növlərinin

qorunması, Bakı, Elm, 2001, 192 s.

  1. Dövlət Universitetlərinin biologiya ixtisası üçün “Ali bitkilər

sistematikası” üzrə proqram. Naxçıvan: Qeyrət nəşriyyatı,  2002, 8 s.

  1. Azərbaycanca –latınca – türkcə qısa biologiya terminləri lüğəti,

AMEA Terminologiya Komissiyasının qərarı ilə nəşr olunur (№ T/2   11.02.2005), Bakı, “MBM” MMC mətbəəsi, 2005, 88 s.

  1. Azərbaycan Respublikası. Naxçıvan Muxtar Respublikası heyvanlar

aləmi. Naxçıvan MR Torpaq və Xəritəçəkmə Komitəsi. 2005 (zoocoğrafi xəritə).

  1. Naxçıvan Muxtar Respublikası bitkiliyi (Bitkiçiliyin tipoloji

vahidləri). Naxçıvan MR Torpaq və Xəritəçəkmə Komitəsi. 2005 (akad. V.C.Hacıyevlə).

Pedaqoji fəaliyyəti:              1974-cü ildən Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasında

müəllim, baş müəllim, dosent, kafedra müdiri və professor (2006) vəzifələrində işləmişəm. Hal-hazırda professor kimi fəaliyyət göstərirəm.

Iş  yeri və ünvanı:                AMEA Naxçıvan Bölməsi Bioresurslar Institutu, AZ 7000,

Azərbaycan, Naxçıvan ş. Babək küçəsi, 10

Vəzifəsi:                              AMEA Naxçıvan Bölməsi Bioresurslar Institutunun direktoru

Xidməti tel.:                        (036) 545  05  01

Ev tel.:                                (036) 545  37  11

Mobil tel.:                           339  38  86

Faks:                                  994 (036) 544  65  90

Elektron poçtu:                  t _ talibov@mail.ru