“Naxçıvanın Arxeoloji Proyekti” adlı internet saytı.

Dövlətimizin hərtərəfli diqqəti və qayğısı əhatəsində olan АMЕА Nахçıvаn Bölməsinin əməkdaşları tərəfindən son illər qədim tarixi olan ərazidən toplanılan materiallar əsasında sanballı monoqrafiyalar, albom-kitablar, jurnallar, buklertlər nəşr olunur, internet saytları yaradılır.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Amerika Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə Şərur rayonununda yerləşən Oğlanqala yaşayış yerində həyata keçirilən tədqiqat işlərinin nəticələri ilə bağlı 2008-ci ildə üç dildə-Azərbaycan, rus və ingillis dillərində hazırladıqları “Naxçıvanın Arxeoloji Proyekti” adlı www.oglanqala.net internet saytı yaxın günlərdə yenilənmiş formada, 2011-ci ilin nəticələri də daxil olmaqla istifadəçilərə təqdim edilmiş, 2012-ci ilin nəticələri isə hazırlanma mərhələsindədir.

Saytın yeni versiyasının hazırlanmasında məqsəd e.ə.I minilikdə Cənubi Qafqazın mühüm, Azərbayanda ən büyük şəhər-dövləti оlan Оğlanqalada 2006-2012-ci illərdə aparılan ekspedisiya işləri barəsində, ərazinin yerləşdiyi yer, aparılan tədqiqatla bağlı fоtо-şəkillər, insanların dəmir dövrünə aid yaşayışını əks etdirən maddi-mədəniyyət nümunələri, o cümlədən mixi yazılar, yeni binalar haqqında daha əhatəli məlumatların çatdırılmasından ibarətdir.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev hələ 1988-1989-ci illərdə Dəmir dövründə Cənubi Qafqazın və Naxçıvanın ən böyük qalalardan biri olmuş Oğlanqalada apardığı qazıntılar zamanı Orta Dəmir dövründə bu ərazidə mühüm siyasi mərkəz olması ilə bağlı inkaredilməz dəllilər aşkar etmişdir. 2006-2012-ci illərdə (Azərbaycan-Amerikan ekspedisiyasının) AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Amerika Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə aparılan qazıntılar nəinki bu ilk mülahizələri təsdiq etdi, həmçinin göstərdi ki, bu dövlət Şərq ölkələri ilə iqtisadi və mədəni əlaqələr saxlamış, Dəmir dövründə müstəqil dövlətin paytaxtı olmuşdur.

Təbii ki, bu Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda son illərdə tariximizin hərtərəfli öyrənilməsinin ən əsas mənbəyi olan qədim arxeoloji abidələrimizdə aparılan tədqiqatların nəticələrini dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərin davamıdır.

Tariximizin digər mühüm səhifələri haqqında məlumatlar yalnız bu saytda verilmişdir.