İran İslam Respublikasının Naxçıvandakı baş konsulu AMEA Naxçıvan Bölməsində olub.

 İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli AMEA Naxçıvan Bölməsində olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ilk öncə başkonsulu salamlamış, onu AMEA Naxçıvan Bölməsində görməkdən şad olduğunu bildirib.

Görüş zamanı qonağa AMEA Naxçıvan Bölməsinin elmi fəaliyyəti, bölmədə aparılan mühüm elmi araşdırmalar haqqında ümumi məlumat verilmiş, elmin inkişafına göstərilən dövlət qayğıdan bəhs edilmiş, habelə İran-Azərbaycan əlaqələrinin inkişafında böyük nailiyyətlərin əldə edildiyi qeyd olunmuşdur.

Baş konsul Seyid Məhəmməd Təbatəbayi öz növbəsində ölkələrimiz arasında günü-gündən genişlənən əlaqələrdən çox şad olduğunu bildirmiş və AMEA Naxçıvan Bölməsinə səfərindən çox razı qaldığını ifadə edərək söhbət əsnasında qarşılıqlı elmi əlaqəlirin güclənməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda AMEA Naxçıvan Bölməsi ilə Tehran Universiteti arasında sıx elmi əlaqələrdən, əməkdaşlıq əlaqələrinin bundan sonra da müxtəlif sahələrdə, o cümlədənəlyazmaların toplanılmasında, arxeoloji qazıntıların aparılmasında, təbii ehtiyatların öyrənilməsində və digər elm üzrə əlaqələrin inkişaf etdirilməsindən bəhs  etmişdir.

Görüşdə qonağa bölmə əməkdaşlarının bir neçə kitabı hədiyyə edilmişdir.

AMEA Naxçıvan Bölməsinə səfərindən çox razı qaldığını ifadə edən baş konsul səmimi görüşə görə AMEA Naxçıvan Bölməsinin sədrinə öz minnətdarlığını bildirib.