Həmyerlilərimizin “Naxçıvan Muxtar Respublikasının yüksək dağ florası” adlı kitabı xaricdə işıq üzü görüb.

Bu gün AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda təbii bitki örtüyünün qorunması, səmərəli və davamlı istifadə olunması aktual mövzulardan biri kimi aparılantədqiqatlarda elmi əsaslarla öyrənilir. Qeyd edək ki, aparılan tədqiqatlarda da əsas məqsəd Naxçıvan Muxtar Respublikanın yüksək dağ florasının genefondunun toplanması, növ tərkibininmüəyyən edilməsi, bitki növlərinin təsviri, onların təsnifat sxeminin işlənməsi, əsas formasiyalarınvə ən aşağı taksonomik vahidlərin, onların coğrafi yayılma areallarının və fitotsenolojixüsusiyyətlərinin öyrənilməsi, habelə təbii yem sahələrinin müasir vəziyyətinin xarakterizəedilməsi, Naxçıvan diyarının yüksək dağ faydalı bitkilərinin müəyyənləşdirilməsi, istifadəimkanlarının araşdırılması, əmələ gətirdikləri təbii fitosenozların yaxşılaşdırılması, məhsuldarlığının artırılması bərpası və mühafizəsi üçün müvafiq tədbirlərin hazırlanmasından ibarətdir. Son illər institut əməkdaşlarının uzun müddət apardıqları elmi tədqiqat işlərinin nəticəsi kimi sanballı monoqrafiya, kitab, dərs vəsaitləri çap etdirilir.

Bu günlərdə daha bir elmi tədqiqat işlərinin nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının yüksək dağ florası” adlı kitabı işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov və “Bitki sistematikası” şöbəsinin aparıcı elmi işçisi Fatmaxanım Nəbiyevadır.

Almaniyanın Sarrbrüchen şəhərində rus dilində nəşr olunan kitab Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinin dəniz səviyyəsindən 1800-3006 m hündürlüklərini əhatə edən subalp və alp çəmənliklərinin, subalp hündürotluqlarının, alp xalılarının, subalp və alp bozqırlarının, subnival bitkilərinin çoxillik botaniki və geobotaniki tədqiqat üsulları ilə öyrənilməsindən bəhs olunur. Toplanılmış materiallar əsasında “Herbari Fondu” yaradılmış, yüksək dağlıq ərazilərin florasında 477 cinsə və 110 fəsiləyə məxsus olan 1326 bitki növü daxil olmaqla tam siyahısı tərtib edilmiş, taksonomik spektri hazırlanamış və hərtərəfli təhlili aparılmışdır. Regionun yüksək dağ florasının mühüm xalq təsərrüfatı əhəmiyyətinə malik olduğu öyrənilmiş, onun etibarlı yem bazası olması, qida, ətriyyat, gön – dəri, tibb, kimya, əczaçılıq, boya və digər sənaye sahələri üçün əvəzolunmaz xammal mənbəyi olduğu, bərpası, yaxşıllaşdırılması, səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitkilərin mühafizəsi yollarıgöstərilmişdir.

Yeni nəşr floristlər, geobotaniklər, ekoloqlar, dissertantlar, ali məktəblərin biologiyafakultəsinin tələbələri, təbii bitki ehtiyatlarını öyrənənlər və regionun zəngin florası ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.